Azərbaycanda daha bir həkim COVID-19-a yoluxdu

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda daha bir həkim, pulmonoloq ixtisaslı Günay Əliyeva COVID-19-a yoluxub.

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxdu


"Әzizlәrim, heç kim sığortalanmayıb - nә gәnci, nә yaşlısı, nә hәkimi, nә hakimi, nә sıravi vәtәndaşı. Özünüzü qoruyun"

BAKI, 6 iyun — Sputnik. Azərbaycanda daha bir həkim, pulmonoloq ixtisaslı Günay Əliyeva COVID-19-a yoluxub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə həkim-infeksionist Natiq Əliyev Facebook hesabında yazıb.

"Şәkildә gördüyünüz hәkim yoldaşımız Dr. Günay Әliyeva (hәkim-pulmonoloq) COVID-19-un ilk günlәrindәn mübarizәyә başlayan insanlardandır. Astara, Qobustan, daha sonra Bakıda bәrabәr COVID-mәrkәzdә 3 aya yaxındır ki, mübarizә edirdik. Amma tәəssüf ki, koronavirus ondan da yan keçmәdi vә COVID-19 testi pozitivdir", - N.Əliyev yazıb.

"Dünәnә qәdәr bu palatalarda bizlә çiyin-çiyinә gecә-gündüz demәdәn xәstәlәrin dәrdlәrinә qaçan Günay bu gün xәstә statusundadır.

Әzizlәrim, heç kim sığortalanmayıb - nә gәnci, nә yaşlısı, nә hәkimi, nә hakimi, nә sıravi vәtәndaşı. Özünüzü qoruyun, - yazan həkim mübarizə yoldaşına tezliklə sağalmağı arzulayıb. - Doktorum, tez sağal, aramıza qayıt, hәlә hәngamәlәr bundan sonra başlayır, bizi, komandanı belә buraxmaq olmaz".



Read more: https://sputnik.az/health/20200606/424134678/azerbaycanda-daha-bir-hekim-covid-19-a-yoluxdu.html