İLBER ORTAYLI DOĞRU SÖYLEYİR Türklükdən niyə qorxursunuz?!

Biz kimik – azəri, yoxsa türk milləti?

İLBER ORTAYLI DOĞRU SÖYLEYİR Türklükdən niyə qorxursunuz?!


Millətlə,xalqın fərqini bilmirsiniz?!
“Stalin xiyarı uydurub” söhbətinə Aynur TALIBLIdan elmi cavab – Biz kimik – azəri, yoxsa türk milləti?

Ara-sıra bəzi tarixi həqiqətləri və Azərbaycan Oğuz Türklərinin köklü, qədim, əski tarixə malik olduğundan məqalələrimdə özəlliklə bəhs edirəm. Bu həqiqətləri qürur hissi keçirərək yazır və şükürlər edirəm ki, qədim, əsalətli Oğuz Türləriyik. Bu yerdə bütün Türk dünyasının görkəmli simalarında Ahmet Yasəvi ilə əlaqədar olduğu qeyd edilən bu sözlərini qeyd etmək istərdim.
Ahmət Yasəvidən “Müsəlmansınızmı?” deyə soruşmuşlar.
– “Əlhamdülillah Türkəm, Müsəlmanam” deyib!..
-“Biz sənə dinini soruşduq!.. Nədən Türklüyü qatırsan?”
– “Din seçimim, Türklük qədərimdir (alın yazımdır)!..” deyə cavab vermişdir.
Bu dialoqu Türklüyün nə qədər önəmli olduğunu xatırlatmaq amacı ilə qeyd etdim.
Bu məqaləmi bu yaxında Türkiyə türkü görkəmli və dünyaca ünlü üniversitetlərdə fəaliyyət göstərmiş, Türk dünyasının müasir çağda önəmli tarixçilərindən İlbər Ortaylını sözləri ilə əlaqədar söylənilənlərə cavab olaraq yazıram. İlbər Ortaylının sözləri həqiqətdə doğrudur. Amma ola bilsin ki, tarixçi biraz gülüş- yumor hissi ilə Stalinə qarşı bir ifadə işlədib. Düşünürəm ki, doğru da edib. Məgər Stalin çoxmu dəyərli biridir?! Mənə görə Azərbaycan Oğuz Türklərinə və Axıska Türklərinə qarşı etdiyi vəhşilik və faşist siyasəti unudulmamalıdır! Stalin həqiqətən yaramaz bir Türk düşməni idi. Onun siyasəti nəicəsində Azərbaycan Oğuz Türklərinə qarşı faşist siyasət həyata keçirildi və öldürmə əmrini verib, yox etdirdiyi minlərcə soydaşımızın aqibəti hələ də məlum deyil. Bununla yanaşı Axıska Türkləri bu faşıst siyasətin ağrısını hələ də çəkir və öz yurdlarında yabancı, qaçqın həyatı yaşayırlar.
O ki, qaldı “azəri deyə millət türklər arasında yoxdur” sözünə bu fikirdə də tarixçi sonuna qədər haqlıdır. Çünki bu tarixi bir həqiqətdir. Əslində mən bu mövzuyla əlaqədar “Biz kimik – Azəri, yoxsa türk milləti?” milləti isimli məqaləmdə geniş açıqlama ilə bəhs etmişəm. Yazıda millətin önəmini də vurğulamışam. Bu yaxınlarda Azərbaycan saytlarının birində İlbər Ortaylıya qarşı yazı kimi təqdim edilən bir xəbəri oxudum. Əslində xəbərin verilməsindənsə verilməməsi məqsədə uyğun olardı. Beləki bəhs etdiyimiz yazıda “Stalinin azəri millətini uydurmadığı, bunu Azərbaycanda 20-ci əsrin ortalarında ortaya çıxmışdir” deyə yazılır. Sonra da qeyd edilir ki, doğrudur Stalinin təkidi olub. Bununla bərabər xəbərdə “Amma, bu da elmi fikirdən gəlib. Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan dili sözü 30-cu ilərin sonlarında yeni konstitusiya qəbul olunanda işləndi. Stalinin ağılına gələn yox, təklif olunan, özünü doğruldan ifadələrdir” deyilir. Həqiqətən xəbəri oxuyunca çox təəcübləndim. İlbər Ortaylının söylədiyi sözə qarşı fikir kimi paylaşılan bu yazıda əslinə xəbəri paylaşan və bu fikirdə olan həmsöhbət özü də bilmədən İlbər Ortaylını düşüncəsinin nə qədər doğru olduğunu təsdiqləmiş oldu. Bəli, Satalin xüsusi canfəşanlıqla Azərbaycan dili və azərbaycanlı, “azəri” millət deyilən bu ifadələrə önəm verdi və qanuniləşdirdi. Beləliklə, bu uydurmanı yaymağa çalışdı. Niyə?! Çünki AZƏRBAYCAN TÜRKLƏRİNİN TÜRK DEYİL DƏ başqa millət kimi qələmə verilməsi rusların və farsların işinə gəlirdi. Stalin yaxşı bilirdi ki, Türklərə hökm etmək çox çətindir və onlar hökm edilməyə yox, hökm etməyə və millətləri ədalətlə yönətməyə çalışmışlardır. Kiminsə onlara hökm etməsi, türklərə və soylarına tərsdir. Bu səbəbdən Stalin Türksoylu olduqlarını onlara unutdurmaq gərəkdiyini düşünərək bu yolu seçdi. Tək Azərbaycan türklərinə qarşı yox, Sovet ölkəsində yaşayan digər türk xalqlarına qarşı da və. s eyni siyasəti həyata keçirdilər. Bu siyasəti qısaca “böl, parçala, yönət” olaraq dəyərləndirilir. Yəni türkləri bölərək soylarından uzaqlaşdırdılar, bütün Qafqazlardakı TÜRKLƏRİ parçaladılar və yönətdilər.
Bəhs edilən yazıda deyilir ki, Azerbaycan, Azərbaycan xaqlı və Azərbaycan dili 30-cu illərdən qəbul olunub. Amma hələ də deyəsən xalqla millətin fərqini bilməyənlər və Azərbaycan sözünün varlığını kimsənin inkar etmədiyini anlamaynlar var. Sizlərə xüsusi ilə qeyd etmək istəyirəm ki, xalq və millət başqa qavramlardır. Yenə yuxarıda qeyd etdiyim məqaləmdə milləti-ərəbcə, türkcə-ulus, nation-fransızca olan bu anlayışın necə meydana gəldiyindən xüsusi olaraq bəhs etmişdim. Hətta iki dəyişik anlayışı olduğunu: Obyektiv- inşaacı (nəsnəl, maddi) millət anlayışı və subyektiv – özcü millət anlayışının olduğunu xüsusi qeyd etdim. Qısaca bu iki millət anlayışına görə millətin meydana gətirən topluluqların meydana gəlməsində eyni irqdən olması, eyni dilə məxsus olması, ortaq yurd anlayışı, ülkü birliyi kimi xüsuslar yer almaqdadır. Keçmişdə yaşanılan ortaq acılar və ya birlikdə qazanılan başarılar – zəfərlər, ortaq məqsədə çatmaq üçün mücadilələr, ortaq təhlükələrə qarşı birlikdə mübarizə aparmaq, qarşı gəlmək kimi faktorlər, sübutların olması mütləqdir. Amma xalq tamam fərqli bir qavramdır. Xalqın meydana gəlməsi üçün eyni soy, eyni dil və eyni gələnəyə sahib olmaq gərəkməz. Örnəyin Azərbaycan vətəndaşlığını yeni qəbul etmiş bir rus və ya Avropa kökənli birisi Azərbaycan xalqı hesab edilir. Bu baxımdan Azərbaycan xalqı və azərbaycanlı Oğuz Türk milləti tamamən fərqli anlayışlardır.
Digər tərəfdən, dəyərli həmvətənlərim, Ortaylı “Azerbaycan xalqı və Azərbaycan sözü tarixdə yoxdur deməyib” bunu unutmayın. İlbər Ortaylı “azeri deyə milət yoxdur” deyib. Həqiqətən doğru söyləyib. Türklər arasında “azəri” adlı millət yoxdur. BU SONRADAN ORTAYA ATILAN, TARİX VƏ DİLÇİLİK BAXIMINDAN ÖZÜNÜ DOĞRULTMAYAN BİR SAFSATADIR. Bizlər Oğuz türk millətiyik. Aərbaycanda yaşayan insanların 95 faizdən çoxu daima Türk olub. HAZIRDA GÜNEY AZƏRBAYCANDA 40 MİLYONDAN ÇOX AZƏRBAYCAN TÜRKÜ SOYDAŞIMIZ YAŞAYIR VƏ FARS ZÜLMÜNƏ MƏZRUZ QALIR. ÖZ ANA DİLİ OLAN AZƏRBAYCAN TÜRKÇƏSİNDƏ DANIŞA BİLMİR VƏ SOSİAL HƏYATLARI FARSLAR TƏRƏFİNDƏN MƏHTUTLAŞDIRILIR. Bu tarixi bir gerçəkdir. Bu məqamda mərhum dövlət başçımız Əbülfəz Elçibəyin bu fikirlərini xatırlatmaq istərdim: “Türklük odur ki, türklüyün önəmini dərk edəsən və onunla fəxr edəsən. Necə ki, ingilislər ingilisliyini dərk edir və onunla fəxr edirlər”; “Türk deyiləm” deyənə qarşı heç vaxt israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verəcək deyilik əlbəttə”.(4) Bizlər Azərbaycan xalqının içində olan qeyri millətlərə-milli azınlıqlara qarşı daima xoşgörülü olmuşuq. BƏZƏN BU XOŞGÖRÜLÜ DAVRANIŞIMIZI İSTİFADƏ EDƏNLƏR DƏ OLMUŞDUR. BUNA ƏN GÖZDƏ ÖRNƏK ERMƏNİLƏRDİR. Onlara vətənimizdə ev verdik, yeməyə çörək verdik. Amma onlar bizə qarşı məkirli siyasət həyata keçirib torpağımızı işğal edib, bizə qarşı açıq -aşkar soyqırımı törətdilər.
Özlərini Azəri və ya Azərbaycanlı milləti hesab edənlər bildirmək istərdim ki, tariximizi niyə cılızlaşdırırsınız?! Niyə bizi 20-ci illərin əvvəlində meydana gələn, sənədlərdə isə 1941-dən sonra ortaya çıxan bir millət kimi qələmə verirsiniz?!. Niyə köklü tariximizi, qurduğumuz Türk dövlətlərini unutdurur və heç sayırsınız?! Bununla əlinizə nə keçəcək?!. Həqiqətən bu suallara cavab tapmaq istəyirəm.
Türklük şərəfdir. Bizim Dövlətimizin adı Azərbaycandır. Ölkəmizin adı Azərbaycandır və məkan olaraq biz azərbaycanlılarıq. Necəki Azərbaycanın mərhum lideri, dövlət başçısı Heydər Əliyev “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” DEYƏ SÖYLƏMİŞDİR.
Milli kimliyimizə gəlincə bizlər TÜRKlərik. DƏYƏRLİ HƏMVƏTƏNLƏRİM, BİZLƏR AZƏRBAYCANLI Oğuz Türkləriyik.
Bəzilərini xatırlatmaq istəyirəm ki. Türk olduqlarını söyləməkdən çəkinməsinlər. Burda qorxulacaq heç bir şey yoxdur. Azərbaycanın mərhum lideri, dövlət başçısı Heydər Əliyev “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” deyə söyləmiş və bu yöndə siyasət həyata keçirmişdir! Yəni mərhum dövlət başçımız, görkəmli siyasətçi Heydər Əliyev də Türk olduğumuzu vurğulamışdır. Türklük qorxulacaq yox, qürür duyulacaq bir anlayışdır.Türklükdən yalniz farslar , ruslar və ermənilər qorxarlar. Çünki tarixi çox gözəl bildiklərindən onlara hökm edəcəyimiz qorxusu onları narahat etmişdir daima.
Bura qədər əziz oxucu! Mən tarixdə olan və doğru bildiklərimi Sizlərlə bölüşdüm. Fikirlərimiz isə, mərhum şairimiz Bəxtiyar Vəhabzadənin iki misrası bilə bitirmək istərdim:
“Anlaya bilmirəm, niyə türk sözü,
Kiminsə başına düşən daş olmuş…


Aynur Talıblı
İstanbul Sabahattin Zaim Üniversiteti,
Tarix və Mədəniyyət Araşdırmaları Bölümü